Ramil Həsən moldovalı biznesmenin qızını qaçırmaqda günahlandırılır
Oxu24.com xəbər verir ki, Moldovada yaşayan Britaniya vətəndaşı, məşhur biznesmen Almari Vael Sülüyman qeyri-qanuni yolla Bakıya gətirilən azyaşlı qızı ilə bağlı məhkəməyə müraciət edib.
O, qızının anası Moldova vətəndaşı Həsən Nikolai Yekaterinanın Milli Məclisin deputatı Ramil Həsənovla nikaha girərək Bakıya gəldiyini və 7 yaşlı qızı Almari Malikin də qeyri-qanuni yolla bura gətirdiklərini deyir.
Qızının gizli və qanunsuz olaraq Moldovadan çıxarıldığını öyrənən ata, yerli məhkəmələrə müraciət edir. Moldova məhkəməsi iş adamının lehinə qərar çıxararaq uşağın atasının himayəsində qalmalı olduğunu bildirir.
Daha sonra Moldova məhkəməsinin qərarı tanınması üçün Bakıya da göndərilir.
Vəkil bildirir ki, qərar aydın olduqdan sonra ata ilə qızının görüşünü təmin etnək üçün onlar azyaşlının yaşadlığı ünvana getsələr də 7 yaşlı Almari Malik gizlədilir.
Vəkil deyir ki, biznes layihələrinin müzakirəsi üçün Bakıda olan Almari Vael Sülüyman sabah ölkəsinə qayıtmalı olsa da uçuşunu təxirə salıb və bir neçə aydır ondan gizlədilən övladını görmədən getməyəcəyini bildirir.
Ətraflı Real TV-nin hazırladığı reportajı təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR