Ucarda məktəb direktorunun azyaşlı şagirdə qarşı əxlaqsızlıq etməsi barədə idia səsləndirilib.
Bu barədə iddianı Oxu24.com saytına müraciətində Ucar rayonu Pirkənd kənd orta məktəbin 8-ci sinifində oxuyan Nurtacın atası bildirib.
"Ucar rayonu Pirkənd kənd tam orta məktəbin direktoru Tapdıq İsayev mənim 8-ci sinif şagirdi olan 14 yaşlı qızım Nurtaca əxqlaqsız hərəkətlər təklif edib.Buna görə Ucar Rayon Polis Şöbəsinə şikayət etmişik.
Belə ki, 2007-ci il tarixdə anadan olmuş qızım Nurtac Ucar rayonu Pirkənd kənd ta orta məktəbin 8-ci sinifində oxuyur. 25 may 2021-ci il tarixdə dərsdə olan zaman qızım Nurtacı direktor Tapdıq İsayev öz otağına çağırıb.Qızım Nurtac direktorun otağına daxil olanda ona deyibki qapını ört yaxın gəl. Direktor qızıma deyib ki, valideyinlərin kasıbdır ancaq onlar bilməsin sənin oxumağına mən kömək edəcəm, sənə yaxşı qiymətlər yazdıracam ali məktbə daxil olmağına köməklik göstərəcəm. Sonra direktor uşağın sinəsinə baxıb gözü ilə işarə edib deyib ki, sinəni aç baxım.Uşaq qorxub qaçıb gəlib girib sinifə.Sinif müəllimi nə olduğun soruşanda qızım ondan icazə alıb ki, evə gedirəm.Evə ağlaya-ağlaya gəlib əhvalatı anasına danışıb.Anası deyib ki, bu barədə atana demə atan onu öldürər.
Həttda məktəbli kiçk oğlum bunu eşidib intihar etmk istəyib.Mən bunu eşidib sarsıntı keçirdim. Qoca atam mənə yalvardı ki, özünü ələ al səbirli ol.Atam direktoru görüb ona sözün deyib onun üzünə tüpürüb. Hərçənd ki, o etdiyi əxlaqsız hərəkti boynuna almayıb.
Biz Ucar Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişik.Polis rəisi əvəzi İlham müəllim mənidə, azyaşlı qızımıda çağırıb dindirdi izahat aldırıb.
Ucar rayon Təhsil Şöbəsinin müdiri Rauf Məmmədovun bu barədə məlumatı olsada heç bir tədbir görməyib.Çünki o əxlaqsızlıqla məşğul olan məktəb direktorunun mövqeyini müdafiə edir.Həttda öz əxlaqsız hərəkətlərini sığortalamq üçün direktor Tapdıq İsayev məktəbin müəllimlərinidə onu müdafiə etməyə məcbur edir.Onlar isə bunu etməyə məcburdular.Çünki məktəbdə anarxiya baş alıb gedir.Adı olan özü olmayan siniflər, saxtakarlıqla yazılıb keçirilməyən dərs saatları, işə gəlməyib ciblərdə olan maaş kartları bütün məktəbi gözü kölgəli edib.
Mənim qızım Nurtac dərslərini yaxşı oxuyan savadlı və sağlam uşaqdır.
Əxlaqsızlıqla məşğul olan 60 yaşlı Tapdıq İsayevin məktəbdə direktor vəzifəsində işləməsi Azərbaycan təhsilinə ləkədir.Belə əxlaqsızın yeri zindan olmalıdır. Onun hazırda da bu vəzifədə qalması biabırçılıqdır.Bu hadisə bütün kəndi şoka salıb. Tapdıq İsayevin oğlu Nicat Bakı şəhərində Yol Polisi əməkdaşıdır.".
Oxu24.com idialarla bağlı qarşı tərəfin də mövqeyini təqdim etməyə hazırdır.
Oxu24.com
ŞƏRHLƏR