Ermənistan xarici işlər nazirinin müavini Qaqik Qalaçyan və Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan istefa verib.
“Aysor” bildirir ki, bu barədə Anna Naqdalyan özü məlumat verib.
A.Qalaçyan mayın 27-də istefa ərizəsini yazıb. Bu açıqlamadan az sonra A.Naqdalyan özünün də tutduğu vəzifədən istefa verdiyini bildirib.
Xatırladaq ki, həmin gün xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyan da istefa verib.
Oxu24.com
ŞƏRHLƏR