Rusiya Sərhəd Qoşunları Zəngəzurda (Sünik vilayəti) iştirakını artırıb.
Oxu24.com xəbər verir ki, Rusiyanın Ermənistandakı səfirliyinin rəsmi press-relizinə istinadən bildirir ki, bunu dünən səfir Sergey Kopırkin deyib.
Sərhəd Qoşunlarının yeni kontingentinin yeridilməsi Azərbaycanın Ermənistanla sərhədindəki gərginləşmə ilə bağlıdır.
Səfirin sözlərinə görə, Ermənistandakı Rusiya sərhədçiləri böyük gərginlik altında xidmət edirlər.
Xatırladaq ki, Ermənistan hökumətinin mayın 27-də keçirilən iclasında Mehri, Qafan və Texada torpaq sahələrinin Rusiyanın pulsuz istifadəsinə verilməsi haqqında qərar qəbul olunub. Birinci Qarabağ müharibəsi dövründə kəsilmiş və Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat kommunikasiyalarını bərpa etməli olan, “Zəngəzur dəhlizi” adlanan torpaq sahələri Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd idarəsinə verilib.
Oxu24.com
ŞƏRHLƏR