Türkiyənin hüquq-mühafizə orqanları ölkədə terror aktının qarşısını alıb.
Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Diyarbəkirdə baş verib.
Belə ki, partladıcı qurğu ilə hücuma hazırlaşan terrorçu polis əməkdaşlarının sayıqlığı sayəsində zərərsizləşdirilib. Məlumata görə, Diyarbəkir polisinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları partladıcı qurğu ilə terror aktına hazırlaşan şəxsi müəyyən ediblər. Polis terrorçunun avtomobilini saxladıqda həmin şəxs partladıcı qurğunun olduğu çantanı götürərək qaçıb. Lakin polis əməkdaşları onu yaxalayıb.
Asayiş keşikçiləri çantada partladıcı qurğunun olduğunu müəyyənləşdiriblər. Bomba mina mütəxəssislərinin nəzarəti altında partladılaraq zərərsizləşdirilib.
Oxu24.com
ŞƏRHLƏR