İranın İsfahan şəhərində kimyəvi preparatların və fişənglərin istehsalı ilə məşğul olan zavodda partlayış olub.
“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində azı 9 nəfər xəsarət alıb.
“Kimya zavodunda baş vermiş partlayışın səbəbi araşdırılır, 9 nəfər xəstəxanaya aparılıb”, - deyə “Mehr” dövlət agentliyi yerli tibb xidmətinin mətbuat katibi Abbas Abedidən sitat gətirib.
Qeyd edək ki, bu, son günlər İranda kimya zavodlarında baş verən ikinci hadisədir. Mayın 2-də Qum şəhərində yerləşən kimyəvi zavodda da yanğınla nəticələnən partlayış baş verib. Güclü yanğından sonra bir neçə partlayış qeydə alınıb.
Oxu24.com
ŞƏRHLƏR