Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Mərdəkan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1993-cü ildə Kazımov Ramin Kazım oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona sağ dizin əziyi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR