"Ermənilərin Şuşanın işğalı ilə bağlı səsləndirdikləri "dağlarda toy" əməliyyatı artıq tarixə qovuşub. İnsanların xoşbəxtliyə, səadətə çatacağı əsl toy mərasimlərinin işğaldan azad olunmuş ərazilərimizdə keçirilməsi uzaqda deyil".
OXU24.COM bildirir ki, bunu millət vəkili Tural Gəncəliyev "XəzərXəbər"ə açıqlamasında deyib. Millət vəkili bildirib ki, artıq Şuşada ilk toy etmək istəyən gənclərimizdən "Qarabağa dönüş" İctimai Birliyinə müraciətlər daxil olur.
Şuşada yenidən vağzalı sədaları eşidiləcək. Mədəniyyət paytaxtımız yeni ailə quranlara qucaq açacaq.
Millət vəkili Tural Gəncəliyev deyir ki, artıq Şuşada toy etmək istəyində olan vətəndaşlarımız var. Onun sözlərinə görə bununla bağlı "Qarabağa dönüş" İctimai Birliyinə müraciətlər daxil olur. Birliyin sədri vurğuladı ki, pandemiya bitəndə, toyların keçirilməsinə icazə veriləndə Şuşada ilk toyu reallaşdırmaq olar. Millət vəkili deyir ki Şuşada yay aylarında açıq havada toy etmək üçün yaxşı imkanlar da var.Vətəndaşlar Toylarla yanaşı müxtəlif idman yarışlarının keçiriləmsini də arzulayır.
Tural Gəncəliyev bildirdi ki, Qarabağda işğaldan azad olunmuş ərazilərdə bərpa işləri sürətlə davam etdirilir. Həmin ərazilərə mədəni həyat yenidən qaytarılır.Millət vəkili Qarabağda ilk toy etmək arzusunda olan cütlüklərə tələsməməyi tövsiyyə edir.
Tural Gəncəliyev qeyd etdi ki, bundan sonra Şuşada keçiriləcək mərasimlər Ermənilər üçün göz dağı olacaq.
Oxu24.com
ŞƏRHLƏR