Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54315
az

Orqanizmi təmizləyən, arıqladan düyü pəhrizi - Qaynadılıb yeyilmə üsulu

22:4721 May, 2021
1501
CƏMİYYƏT
  • A

Orqanizmi təmizləməyin, artıq çəkidən xilas olmağın müxtəlif üsulları var və onlardan biri də yekcins pəhrizlərdir. Düyü pəhrizi də onların sırasına daxildir.

OXU24.COM xəbər verir ki, pəhrizin üstün cəhəti ondan ibarətdir ki, hər kəs özünə uyğun forma seçə bilər. Düyü çox faydalı bitki və yarma hesab olunur və mütəmadi və qaydasında arıqlamaq istəyənlər üçün faydalı üsuldur. Onun orqanizmə göstərdiyi təmizləyici təsir nəticəsində duzlar, şlaklar və digər zərərli maddələr bədəndən xaric edilir.

Orta ölçülü 5 bankanın hər birinə 2 xörək qaşığı düyü əlavə edib üzərinə 1 stəkan təmiz su tökülür, 4 gün müddətində bankalardakı düyülərin suyu dəyişdirilir, beşinci gün artıq birinci bankada olan su süzülür, düyüsü isə bişirilmədən yeyilir. Boşalmış bankaya isə yenidən düyü və təmiz su tökülür.

Növbəti gün ikinci bankadakı düyülərin suyu süzülüb yeyilir, əvəzinə həmin bankaya su və 2 xörək qaşığı düyü tökülür. Bu qayda ilə prosedur iki həftə davam etdirilir və həmin pəhriz zamanı duz tamamilə rasiondan çıxarılır.

Düyü pəhrizinin digər bir forması zamanı düyü ilə yanaşı, dəniz məhsulları və ya sadəcə balıq qəbul edilir. Beş gün ərzində bütün yeməklərdən imtina edilir, əvəzində gündə bir boşqab düyü, bir boşqab isə balıq və ya hər hansı dəniz məhsulu yeyilir. Pəhriz zamanı yeməkləri qatmaq olmaz və qidalanma zamanı göyərtilərdən də istifadə etmək olar.

Pəhrizin digər bir sadə variantı bir həftə ərzində yalnız qaynadılmış düyü yeməkdən ibarətdir. Əlavə olaraq tərəvəz və göyərtilər də yeməyə icazə verilir, bir şərtlə ki, tərəvəzin miqdarı düyünün miqdarını keçməsin. Yaxşı olar ki, rasiondan ədviyyat, mayonez, duz və istiot çıxarılıb zeytun yağı və soya sousu ilə əvəz edilsin.

Düyü pəhrizi zamanı fiziki iş və idmanla az məşğul olmaq lazımdır. Əgər aclıq üstün gəlirsə, gün ərzində 3 ədəd alma yemək olar. Pəhriz zamanı yeyilən düyünün üstündən dərhal su içmək olmaz. Birhəftəlik pəhriz forması tətbiq edilən zaman sutka ərzində 1 stəkan düyü yeyilməlidir. Yeməyə 20 dəqiqə qalmış və ya yeməkdən saat yarım sonra maye qəbul edilməlidir. Pəhriz müddətində şəkərsiz yaşıl və ya qırmızı çay da içmək olar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Burun damcılarının təhlükəli əks təsirləri AÇIQLANDI
Durovun sevgilisinin Dubayda adi günü - VİDEO - FOTO
Azərbaycan lideri Qvineya-Bisau Prezidenti ilə görüşdü

Soxulcanlar haqqında 9 maraqlı məlumat

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Xəzər dənizində naməlum varlıq görüldü –İNSANLAR QORXU İÇİNDƏ…
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Xərçəngin riskini 30% azaltmaq üçün həftədə 2 dəfə yeyin — MÖCÜZƏVİ MƏHSUL
Göyçayda ağır qəza - ölən var - FOTO