Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54267
az

Məktəblərdə milli qiymətləndirmə təşkil olunacaq

19:4920 May, 2021
1016
  • A

 



1-11 iyunda ümumi təhsil pilləsində fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə növbəti milli qiymətləndirmə təşkil olunacaq.

Təhsil Nazirliyindən OXU24.COM-a verilən məlumata görə, milli qiymətləndirmənin Azərbaycan və rus bölmələri üzrə təşkili nəzərdə tutulur.

Bu il keçiriləcək milli qiymətləndirmə həm əyani ( seçilmiş siniflər üzrə), həm də onlayn ("Virtual məktəb” platformasında) formatda təşkil olunacaq.

Onlayn qiymətləndirmə prosesində II-VIII və X sinif şagirdləri ayrı-ayrı fənlər üzrə müxtəlif sayda tapşırıqları cavablandıracaq. Qiymətləndirmədə iştirak etmək üçün "Virtual məktəb” platformasında ümumi şagird qruplarında "Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən müvafiq fənlər üzrə test tapşırıqlarına cavab vermək lazımdır.

Əyani qiymətləndirmə prosesində isə IV, VI və IX sinif şagirdlərinə müvafiq olaraq riyaziyyat, tədris dili və xarici dil, eləcə də təbiət fənləri üzrə suallar veriləcək.

İyun ayında keçiriləcək milli qiymətləndirmə tədqiqatında iştirak edəcək şagirdlər arasında sosial-iqtisadi vəziyyətə dair sorğu nəzərdə tutulur.

Qeyd edək ki, sistemli tədqiqat şəklində aparılan milli qiymətləndirmənin keçirilməsində məqsəd etibarlı məlumatların toplanması, təkliflərin verilməsi və problemlərin həll edilməsi üçün konkret istiqamətləri müəyyənləşdirməkdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şifrəsiz
Bakı metrosunda halı pisləşən sərnişin ÖLDÜ
Rusiya Ermənistana nota göndərdi

Türk alimdən xəbərdarlıq: Dəhşətli istilər gəlir...

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Salyanda yol qəzasında 3 nəfər xəsarət aldı