Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54186
az

Məhəbbət Kazımovun oğlundan ürəkdağlayan ETİRAF

21:3518 May, 2021
1186
ŞOU-BİZNES
  • A

Atam "Laçın" deyə-deyə bu fani dünyadan köçdü. Atamın Laçınla bağlı çox arzuları, xatirələri vardı. Yadımdadır, bir gün mənim yanımda ondan soruşdular ki, Laçın işğaldan azad edilsə, nə edərsən? O demişdi ki, bilmirəm, bəlkə də sevincimdən o qədər oxuyaram ki, səsim batar.

OXU24.COM xəbər verir ki, bu sözləri kult.az-a açıqlamasında əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib.

O bildirib ki, bu günə qədər 18 may tarixi bütün laçınlılar üçün ən kədərli gün idi:

"Bu gün şükür ki, təkcə Laçın yox, bütün ərazilərimiz işğaldan azad edilib. Sevinirəm, çünki artıq vətən həsrəti çəkməcəyəyik. İşğalın acı, kədərli günləri geridə qalıb. Müzəffər Ordumuz, Ali Baş Komandanımız bizə bu tarixi qələbəni, Laçınımızı bəxş etdi. İşğal zamanı həlak olan analarımız, bacılarımız, oğullarımızın qisası alındı.

İndi atamın ruhunun sakit olduğunu, hüzur tapdığını düşünürəm. Atamın Laçınla bağlı çox arzuları, xatirələri vardı. Bilirsiniz, ağır bir şeydir doğulduğun torpaqdan uzaqda ölmək. Bu gün onun "Laçınım mənim" mahnısı daha mənə kədər gətirmir".

Qeyd edək ki, 1992-ci ilin 18 mayında işğal edilən Laçın rayonu dekabrın 1-də azad olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Damlanın xəstəxanadan görüntüləri yayıldı -VİDEO
"Demək istəyirsən ki, mənim kimi eybəcər efiri zəbt edib?"
Polad Bülbüloğlu "Qələbə" marşı YAZACAQ

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı