Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54144
az

Sabahın hava proqnozu açıqlandı

13:1617 May, 2021
1204
CƏMİYYƏT
  • A

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə mayın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-20, gündüz 23-28, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 , gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 18-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi,lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 30-34, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 18-də gündüz Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hacıqabulda 42 yaşlı kişini ilan sancdı
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutuldu
Mineral sular həqiqətən faydalıdır? - ARAŞDIRMA

Yaponiyada yolların binaların içərisindən keçdiyi şəhər — VİDEO

18+

Parkda qıza təcavüz etmək istəyən kişi tutulub
Yükün içərisindən adam çıxdı— Azərbaycan sərhədində şok hadisə
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi