Müğənni Nadir Qafarzadə Azərbaycandan gedəcəyini açıqlayıb.
Oxu24.com xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə yayımladığı videoda deyib. O bildirib ki, Rusiyaya işləməyə gedən sənət dostlarının sırasına qoşulur:
"İstədim mən də izləyicilərimlə bölüşüm: ölkədən getməyə qərar verdim. Uzunmüddətli, qısamüddətli, yoxsa ömürlük bilmirəm. Bunu zaman göstərəcək. Burada proseslər uzun çəksə, orada qalmalı olacam. Onsuz burada bir şey yoxdur, ancaq boşluqdur. Orada bir işlə məşğul olacam, başım qarışacaq. Yəqin heç kimin yerini dar etmərəm".
Oxu24.com
ŞƏRHLƏR