Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5367
az

Aşura ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

08:2920 Sentyabr, 2018
985
CƏMİYYƏT
  • A

 Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sentyabrın 20-də baş tutacaq Aşura mərasimi ilə bağlı sürücülərə müraciət edib.



DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov Oxu24.com a bildirib ki, Aşuru günü ilə bağlı keçiriləcək dini mərasimlərlə əlaqədər olaraq məscidlərin və ziyarətgahların ətrafında sıxlıq yaranmaması üçün mərasim yerinə gələnlər bəzi qaydalara əməl etməlidirlər.

“Yol polisi Aşura günü gücləndirilmiş iş rejimində çalışacaq. İlk növbədə məscidlərin və mərasim keçiriləcək digər yerlərin yaxınlığında avtomobili yolu hərəkət hissəsində, ikinci və üçüncü cərgədə saxlamaq digər sürücülərin hərəkətinə maneə yaratmaqdır. Bununla da onlar öz rahatlığı naminə başqalarını narahat etmiş olurlar. Sürücülərin diqqətinə çatdırırıq ki, mərasim yerlərinin yerləşdiyi küçə və prospektlərdə digər nəqliyyat vasitələrinin rahat hərəkəti üçün avtomobili harada gəldi saxlamasınlar. Hökm deyil ki, məscidə gələn şəxs maşını mütləq məscidin qarşısında saxlamalıdır. Bir qədər kənarda, başqa küçədə park yerində də saxlamaq olar. Yol hərəkəti qaydalarına riayət etməklə mərasimi başa çatdırmaq daha yaxşı olardı. Ümumiyyətlə, mərasimə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik” -, deyə V.Əsədov vurğulayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Avropa çempionumuzdan İLK AÇIQLAMA:
Azərbaycanlı general vəfat etdi - FOTO