Bakının Binəqədi rayonu, Mircəlal küçəsindəki bəzi dayanacaqlardan ödəmə aparatları çıxarılıb. Bu isə həmin ərazidə yaşayan insanları əlavə çətinliyi salıb. Avtobusa minmək istəyənlər kartlarına pul yükləyə bilmirlər. Nəticədə bir kilometrdən artıq piyada yol getməli olurlar. Bəs bu aparatların dayanacaqlardan götürülməsinə səbəb nə olub?
Oxu24.com xezerxeber.az-a istinadən bildirir ki, sorğudan da aydın olur ki, sərnişinlər avtobusa minmək üçün ''bakıkart''larına pul yükləyə bilmirlər. Buna səbəb dayanacaqlarda ya ümumiyyətlə aparatların olmaması, ya həmin aparatların sonradan çıxarılıb aparılmasıdır. Bura Binəqədi rayonu, Mircəlal küçəsidir. Sözügedən küçədən bir neçə marşurut xətti keçir. Həmin avtobusların hamısında da ödənişlər nağdsız formada həyata keçirilir. Sərnişinlər deyirlər ki, küçədəki dayanacaqların cəmi ikisində aparat var. Digər dayanacaqlarda isə çıxarılıb, aparılıb
Sərnişinlərlə yanaşı sürücülər də bu problemdən əziyyət çəkdiklərini bildirirlər
Məlum oldu ki, bu küçədəki dayanacaqlardan yığışdırılan aparatlar ''Milli Ön''ə məxsus olub. Həmin şirkətdən bildirildi ki, o küçədəki bəzi dayanacaqlarda olan aparatlara insanlar tərəfindən müdaxilələr edilib və yararsız hala salınıb. Bu səbəbdən də həmin aparatlar oradan çıxarılıb. O da bildirildi ki, şirkət müdaxilə olunan dayanacaqlara növbəti dəfə aparat quraşdırmır.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, qurum bu kimi problemləri kökündən həll etmək üçün ''bakıkart''lara onlayn ödəmə funksiyasının üzərində çalışır. Yaxın gələcəkdə bu funksiya işə salınacaq və sərnişinlərin bu kimi problemləri kökündən həll ediləcək.
Oxu24.com
ŞƏRHLƏR