Gənclər və İdman naziri Azad Rəhimovun son durumu açıqlanıb.
Oxu24.com xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova açıqlamasında bildirib ki, nazirin vəziyyəti ağırdır: "Ailəsindən aldığım son məlumata görə, Azad müəllimin vəziyyəti ağır olaraq qalır".
Qeyd edək ki, Azad Rəhimov bu ilin yanvar ayında Nyu-Yorkun Presviterian Veyl Kornell Hospitalına yerləşdirilib.
Durumu daha da ağırlaşan nazir bir müddət sonra onkoloji xəstələrin müalicə olunduğu hospitala köçürülüb./Lent.az
Oxu24.com
ŞƏRHLƏR