Qışdan çıxan orqanizm kəskin vitamin D defisiti keçirir. D vitamini hətta isti yay aylarında təbii olaraq günəşdən alınsa da, cəmi 3-4 aya sərf olunub gedib.
Kəskin defisiti aradan qaldırmaq üçünsə siz gərək çimərlikdə isti qumda günəş altında aylarla, günlərlə uzanasız və yaxşıca qaralasız.
Oxu24.com analiz vermədən, evdə, özünüzdə vitamin D defisitini təyin etməyin metodunu təqdim edir. Eləcə də hansı qidalarla vitamini korrektə etmək və neçə dozada qəbul etməyi biləcəksiz.
D vitamini Günəş şüası ilə alınar, günəşdən asılı vitamindir. Əslində isə o prohormondur və orqanizmdə bütün sistemlərdə vacib rol oynayır.
Hazırda qidalanma, iqlim dəyişikliyi, insanların açıq havada az olması səbəbindən kəskin D vitamini əsklikliyi yaşanır. Qışdan çıxan orqanizmdə isə olan-qalan ehtiyat da tükənir.
Özünüzdə bu vitaminin çatışmamasını necə yoxlamalı?
- Saçlarınıza, dırnaqlarınıza baxın - əgər quru, qırılan, laylanan, cansızdırsa, tökülürsə deməli vitamin azdır
- Bədən, əllər, boyun tez-tez tərləyirsə
- Gecələr yatanda və ya çox oturanda qollar, ayaqlar uyuşursa, qıcolmalar olursa
- Əzələlər zəifdirsə, spazmlar olursa
- Yuxunuz normal deyilsə
- Qadınlarda menstruasiya pozulmaları varsa
- Kişilərdə cinsi zəiflik və enerjisizlik varsa
- Daim yorğun, əzgin, bir işi görməyə halınız yoxdursa
- Sümüklər, barmaqlar, oynaqlar ağrıyırsa
- Başda duman hissi, diqqət, yaddaş zəifliyi varsa
- Sümüklərdə kövrəkləşmə başlayıbsa
- Ağzınız, diliniz, ağız ətrafı sanki qurudursa
- Çəkiniz öz-özünə artırsa, bədən sanki şişirsə
- Bağırsaqlarda spazm, şişmə varsa
Deməli, sizdə D vitamini kəskin azdır.
Vitamin D nin orqanizmə düşməsinin 2 yolu var: birbaşa günəşdən ultrabənövşəyi şüalarla dəridən və qidalarla.
vitamin deposu qaraciyərdə olur, bütün yay boyu yığılır, sonra xərclənir. Yəni siz batareya kimi yazda-yayda Günəş enerjisi toplamalısız.
Gündəlik beynəlxalq doza normada 500-800 BV - yəni beynəlxalq vahiddir. Bu defisitsiz insanlar üçündür. Qida ilə bu miqdarı almaq olar, amma təəssüf ki, kəskin defisitdə bu doza azdır və qida qəbulu yetmir.
Koronavirus və digər xəstəliklər, stress və yaşlanma da Vitamin D-ni çox xərcləyir və tükədir.
Gündəlik dozanı qidalarla necə ala bilərsiz:
100 qram mal qaraciyərində 50 BV D vitamini var. Kərə yağında isə 35 - BV Yumurta sarısında 100 qramda 25 BV, yağlı balığın 100 qramında 70-80 BV-dir..
Yəni gündəlik dozanı almaq üçün məsələn, insan yarım kq mal qaraciyəri və yarım kq kərə yağı yeməlidir. Bu isə mümkün deyil.
400 BVvitamin D almaq üçün hər gün 200 qram treska və ya losos balığı, 5 qram balıq yağı qəbul etmək lazımdır. Bu da maddi baxımdan çox insan üçün mümkünsüzdür.
Ona görə ən yaxşı variant hər gün saat 10:00- - 15:00 arası 40 dəqiqə birbaşa dəriyə düşən gün şüaları altında açıq havada gəzməkdir.
Kölgəlikdə oturmaq bu effekti vermir.
Pəncərə şüşəsi də vitamin D sintezinə imkan vermir.
Eləcə də müntəzəm solyariyə getmək də bədəni D viyamini ilə təmin edir, amma çox ultrabənövşəyi şüalanmaq da xərçəngə səbəb ola bilər.
Ona görə də kəskin defisit zamanı yaxşı olar ki, D vitamini preparatı alıb, bütün qış boyu onu gündəlik 5000 UE dozada qəbul edəsiz. Yaz-yayda isə balıq, ət, kərə yağı və bol günəş işığı köməyinizə çatar.
Qan analizində vitamin D 25-dən asağı çıxanlar isə, həkim təyinatı ilə zərbə dozaları almalıdır. Yəni bir dəfəyə 10.000 vahid və ya birdəfəyə 50.000 vahid və s.
Bu yüksək dozaları həkim hər xəstəyə uyğun təyin edir.
Oxu24.com
ŞƏRHLƏR