Abşeronda bir nəfərin xəsarət alması ilə nəticələnən insident baş verib.
Oxu24.com xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 1970-ci il təvəllüdlü İslamova Təyyarə Əkbər qızının baş nahiyəsinə qonşusu tərəfindən küt alətlə zərbə endirilib.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona təpə nahiyəsinin əzilmiş yarası və qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR