Goranboyda üç ay əvvəl itkin düşən 24 yaşlı gənc qadın tapılıb.
Oxu bildirir ki, bu barədə qafqazinfoya DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, Goranboy sakini Aytəkin Hüseynova ailəsinə təhvil verilib.
A.Hüseynova polis əməkdaşları tərəfindən Bakıda tapılıb.
Qeyd edək ki, Goranboy rayonu, Kələk kənd sakini, 1997-ci il təvəllüdlü Aytəkin Hüseynova bu ilin fevral ayının 6-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı.
Oxu24.com
ŞƏRHLƏR