Bakıda çoxmərtəbəli binanın tikintisi zamanı ərazidə yuxarı mərtəbəyə yük qaldıran qurğunun trosunun qırılması nəticəsində bir nəfər hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Oxu24.com xəbər verir ki, hadisə Səbail rayonu, Neftçi Qurban küçəsi 29 ünvanında qeydə alınıb.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda yük qaldıran qurğunun trosunun qırılması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxsin adı məlum olub.
“Report”un xəbərinə görə, həmin şəxs 1983-cü il təvəllüdlü Ariz Əhmədovdur.
Oxu24.com
ŞƏRHLƏR