İspaniyada 40 yaşlı COVİD-19 xəstəsi 3-ü körpə uşaq olmaqla 22 nəfərə qəsdən virus yoluxdurduğuna görə həbs edilib.
Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəxsin xəstəlik əlamətlərinə baxmayaraq, maskasız şəkildə işə gedib.
Koronavirus xəstəsi aralarında körpə uşaqlarda olaraq, 8 nəfərə birbaşa, 14 nəfərə isə dolayı yollarla koronavirus yoluxdurduğu qeydə alınıb.
40 dərəcə temperaturla iş yerinə gedən kişinin iş yoldaşlarının üzlərinə doğru öskürərək "Hamınızı koronavirus yoluxduracağam” deyib.
O şikayətdən sonra həbs edilib.
ŞƏRHLƏR