Oğuzda göldə balıq tutan 62 yaşlı kişi boğularaq ölüb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Qarabulaq kəndinin inzibati ərazisində baş verib.
Rayonun Böyük Söyüdlü kənd sakini, 63 yaşlı Vasilkov Aleksey Aleksandroviç ərazidən axan Türyançayın hövzəsində yaradılmış süni göldə balıq tutarkən ehtiyatsızlıqdan suya yıxılıb.
A. Vasilkov suda boğularaq ölüb.
Hazırda rayonun hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində araşdırma aparır.
Oxu24.com
ŞƏRHLƏR