Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52940
az

Zəngəzurdan açılan atəş: “tətiyi çəkən” kimdir? - TƏHLİL

22:0922 Aprel, 2021
2561
ÖZƏL BÖLÜM
  • A

Prezident Zəngəzurla bağlı hədəfləri açıqladı, Nikol Paşinyan bölgəyə səfər etdi və Ermənistan bu istiqamətdən Azərbaycana silahlı təxribat törətdi. “Tətiyə kim çəkdi” sualının birdən çox cavabı var.

Dövlət Sərhəd Xidmətinin təxribatla bağlı rəsmi məlumatında iki məqam diqqət çəkir: atəş təkcə Azərbaycan mövqelərinə yox, həm də Rusiya sərhədçilərinə qarşı da açılıb; Şurnuxu kəndi istiqamətində 30-40 avtomobillə dövlət sərhədinə doğru hərəkət edən ermənilər Azərbaycan əleyhinə şüarlar səsləndiriblər;

Nikolun Sünik (Zəngəzur) səfərinin etirazlarla qarşılanması, 50-dən çox şəxsin həbs edilməsi, bələdiyyə və icma sədrlərinin mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırması, o cümlədən, dövlət sərhədinə doğru yürüş təxribatın yerlərdəki qüvvələrin özfəaliyyəti olduğu mənzərəsini yaradır: belə bir təxribatla üçtərəfli razılaşmaya etiraz edilir, Ermənistan hakimiyyətinə, Azərbaycana və Rusiyaya imkan verməyəcəklərini göstərməyə çalışırlar.

Hərçənd, bu mənzərənin görünməyən tərəfləri “tətiyi çəkənlər”in Zəngəzurda olmadığına əminlik yaradır:

1. Bölgədə mərkəzi hakimiyyətə tabe olmayan qüvvələr Ermənistanda rusiyayönümlü müxalifətlə sinxron fəaliyyət göstərir;
2. Nikolun səfərinə qarşı bölgədə keçirilən etirazlar İrəvanda müxalifət tərəfindən “hakimiyyət Zəngəzuru Azərbaycana satır” şüarları ilə davam etdirildi;
3. Ermənistan ordusunda siyasi-hərbi rəhbərliyə tabe olmayan qruplar var;

Bu detal “tətiyi çəkənin” Zəngəzurda və İrəvanda etirazları təşkil edənlərin - Rusiya, yaxud Rusiya daxilindəki qüvvələrin olması şübhələrini yaradır. Və informasiya axını da belə şübhələri artırır.

Təxribat Zəngəzurda baş verdi, Ermənistan tərəfi heç bir rəsmi açıqlama yayımlamayıb, əvəzində Xankəndidəki separatçılar “Azərbaycanın yaşayış məntəqələrini atəşə tutduğunu” iddia edir. Dünən günün ikinci yarısında baş separatçı Araik Arutyunyanın təcili Moskvaya çağırıldığı, Rusiya xüsusi xidmət orqanları ilə görüşəcəyi xəbəri yayıldı, axşam saatlarında isə separatçıların mediası Xankəndi istiqamətində atəş açıldığı iddialarını tirajladı.

Proseslərin inkişafı diqqəti Moskvaya yönəldir və Rusiyanın Zəngəzur və Xankəndi üzərindən İrəvanla Bakıya mesaj verdiyi versiyası ön plana çıxır:

- Erməni baş nazirlə yanaşı, ABŞ-ın Ermənistandakı səfirinin də bölgəyə gəlişi Moskvanı narahat edir və etirazların ardınca belə təxribatla İrəvanın mərkəzdənqaçma risklərinə qarşı Paşinyana hakimin kim olduğunu göstərir.
- Araikin Moskvaya çağırılmasının ardından separatçıların Bakıya qarşı “təxribat iddiaları” ilə “Zəngəzura qayıdacağıq” deyən Azərbaycan rəhbərliyinə Qarabağdakı mövcudluğunu xatırladır.

Və təxribatın Zəngəzur dəhlizinin inşasına başlanması xəbərindən bir neçə gün sonra baş verməsinin hesablandığı hədəf var: Moskva kommunikasiyanın bərpa edilməsinə qarşı deyil, prosesin onun nəzarətindən kənar həyata keçirilməsini istəmir və bu təxribat hər iki tərəfə xəbərdarlıq hesab oluna bilər.

“Rusiya sərhədçilərinin atəşə tutulmasının” isə diqqəti yayındırmaq olduğu istisna deyil. Rusiya sərhədçilərinin azərbaycanlı həmkarlarına müraciət edərək, təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirməsi və hadisəyə reaksiya verilməməsini xahiş etməsi də bu fikri gücləndirir. Rusiya hərbçilərinin atəşə tutulmasına bu qədər loyal yanaşarmı? Çətin.

Moskva gərginliyin davam etməsini istəmir, sadəcə, bununla tərəflərə xəbərdarlıq edir.

Hadisə ilə bağlı önə çıxan versiyalar bunlardır və bir çox şeyə yenə proseslərin inkişafı aydınlıq gətirəcək. Hərçənd, Prezidentin açıqlaması, Paşinyanın səfəri və ABŞ səfirin gəlişindən sonra Zəngəzurun regionda yeni gərginlik ocağı ola biləcəyini yazmışdıq. Əsas olan, Bakının bu prosesdən necə istifadə edəcəyidir.

Asif Nərimanlı

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kasıblar ən çox bu ölkələrdə yaşayır - ŞOK RƏQƏMLƏR
İbadət Məhərəmovun “xəstə balaları”nın işini Hərbi Pokurorluq araşdıracaq
Ramin İsayevin işi üzrə şok yeyinti- 54 milyon!

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı