Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52904
az

DİQQƏT! Əhaliyə hava ilə bağlı xəbərdarlıq edildi

13:1222 Aprel, 2021
2298
REDAKTORUN SEÇİMİ
  • A

Aprelin 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən   Oxu24.com-a  verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 17-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Aprelin 23-də Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 23-27, dağlarda gecə 5-9, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, sabah Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda tutulan 18 yaşlı Hüseynlə bağlı ŞOK - Görün kimin qardaşı imiş
Toyuna hazırlaşan qız faciəvi şəkildə öldü-Foto
Qar yağacaq - PROQNOZ

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO