Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52888
az

Qırmızı diplomlu şəhid: Pilot olacaqdı,şəhid oldu

09:5422 Aprel, 2021
2209
ÖZƏL BÖLÜM
  • A

13 dekabr 1993-cü ildə Bakı şəhərində anadan olub.

2000-2011-ci illərdə Bakı şəhəri, 286 saylı orta məktəbdə təhsil alıb.

2011-ci ildə Azərbaycan Milli Aviasiya Akademiyasına qəbul olmuş, 2016-cı ildə Akademiyanı pilot ixtisası üzrə qırmızı diplomla bitirib.Azalda işləyirdi. Bu yaxın zamanlarda nəhayət Pilot olacaqdı... Könüllü kimi yazılmışdı.

Hərbi xidməti

2016-2017-ci illərdə Füzuli rayonunun Şükürbəyli kəndində hərbi xidmətdə olub.

Şahin Ağayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəyə Yasamal hərbi komisarlıq tərəfindən çağrılıb.

Azərbaycan Ordusunun əsgəri olan Şahin Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində qatılıb.

Şahin Ağayev oktyabrın 25-də Qubadlıda şəhid olub.

Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi" - FOTO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
SON DƏQİQƏ! Azərbaycanda yeni qərarlar qəbul edildi

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat