İcra məmurlarının məsuliyyəti və onların fəaliyyətinə nəzarət qaydaları dəyişir.
Oxu24.com-un məlumatına görə, bu, “İcra məmurları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanunvericiliyə uyğun olaraq azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Lakin indiyədək həmin nəzarət mexanizminin qaydasını nəzərdə tutan konkret normativ-hüquqi akt hazırlanmayıb.
Qanun layihəsinə təklif edilən dəyişikliyə əsasən, bu nəzarətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilməsini müəyyən edir.
Qanun layihəsi qəbul olunarsa, həmin qaydanın Nazirlər Kabineti tərəfindən hazırlanması nəzərdə tutulub.
Oxu24.com
ŞƏRHLƏR