Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52703
az

SON DƏQİQƏ! ABŞ və Rusiya üz-üzə gəldi: Tərəflər rəsmi bəyanat verdi

10:4117 Aprel, 2021
7903
DÜNYA
  • A

“Eskalasiya dövrünə daxil olmaq bizim maraqlarımıza uyğun deyil, lakin Rusiyanın ABŞ-a qarşı hər hansı bir cavab tədbirinə cavab vermək hüququmuzu özümüzdə saxlayırıq”.

Oxu24.com  TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

Qeyd edilib ki, Rusiya Federasiyası ABŞ-ın sanksiyalarına cavab olaraq hərəkətə keçəcək, lakin biznesə qarşı tədbirləri "ehtiyatda" saxlayacaq: “Rusiyaya qarşı tətbiq olunan son sanksiyalarımız mütənasibdir və Rusiyanın zərərli fəaliyyətləri ilə şərtlənir. Rusiya hökumətinin son açıqlaması təəssüf doğurur”.

Rusiya ABŞ-ın 10 rusiyalı dipliomatı ölkədən çıxarmasına qarşılıqlı cavabı verəcək. 

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov serbiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"On diplomat bizə verilən siyahıya salınıb və xahiş olunub ki, onlar ABŞ-dan getsinlər. Biz buna qarşılıqlı cavabı verəcəyik. On ABŞ diplomatının ölkəmizi tərk etməsini təklif edəcəyik”, deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov Moskvanın sanksiya siyahısına düşən amerikalı məmurların siyahısının bu gün dərc olunacağını da söyləyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Gürcüstana viza sanksiyaları tətbiq edir
Makronun xanımı Kamillaya toxunaraq protokolu pozdu
Moskva NATO-ya CAVAB VERƏCƏK: hərbi gəmilər, bombardmançı təyyarələr...

Azərbaycanlı kosmonavt kosmosa bu tarixdə yola düşəcək

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
FHN Bakıdakı güclü yanğınla bağlı məlumat yaydı - VİDEO/YENİLƏNDİ