Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki Penitensiar Müəssisəsinə narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Oxu24.com.-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.2.4 və 93.1.2-ci maddələrinə əsasən təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrun edilmiş məhkum Abışov Amil Ərzuman oğluna Mingəçevir şəhər sakini Zeynalova Vüsalə Namiq qızı tərəfindən göndərilən sovqata baxış keçirilən zaman orada olan ayaqqabının daban hissələrində xüsusi üsulla gizlədilən 7 ədəd sellofan bükülüdə ümumi çəkisi 1,253 qram olan narkotik vasitə – heroin, ümumi çəkisi 4,322 qram olan narkotik maddə tiryək və ümumi çəkisi 4,6 qram olan narkotik vasitə – marixuana aşkar edilib.
Oxu24.com
ŞƏRHLƏR