Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52200
az

DYP hərəkət iştirakçılarına müraciət edib

10:1406 Aprel, 2021
1162
CƏMİYYƏT
  • A

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

İdarədən  verilən xəbərə görə, hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, belə havada sürücülər tunellərdən və yolun kənarları qapalı olan hissəsindən açıq əraziyə çıxarkən avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının da yüksək olmasını nəzərə alaraq, meteoroloji şəraitə uyğun sürət həddi seçməli, eləcə də nəqliyyat vasitələrini parklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar:

"Bununla yanaşı, güclü küləyin əsməsini nəzərə alaraq, piyadalar da yollarda və küçələrdə təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etsinlər, əsasən də hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.

Bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, həmçinin avtomobillərinə hər hansı ziyan dəyməməsi üçün son dərəcə diqqətli və ehtiyatlı olmaq tövsiyə edilir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fərid Əhmədov daha bir hakimə yüksək vəzifə verdi
Bakının 4 rayonunda qaz olmayacaq
Sian şəhərindən Bakıya yeni qatar marşrutu istifadəyə verildi

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı