Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda iclası keçirilib.
İclasda “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb.
Hər iki qanun layihəsini Baş Prokurorluğunun Hüquqi Təminat və İnsan Hüquqları Məsələləri İdarəsinin rəisi Aynur Osmanova təqdim edib.
O bildirib ki, dəyişikliklər prokurorluq orqanlarının maddi-texniki bazasının artırılmasına, işçilərin maddi təminatının yaxşılaşdırılmasına, peşəkarlığının yüksəldilməsinə yönəldilib.
A.Osmanova qeyd edib ki, layihələrdə irəli sürülən stimullaşdırıcı tədbirlər həm beynəlxalq, həm də Azərbaycan təcrübəsində mövcuddur:
“Hazırda bu tədbirlər qəbul edilmiş dövlət proqramı və strategiyalarında nəzərdə tutulub”.
Layihələr müzakirə edildikdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Oxu24.com
ŞƏRHLƏR