Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51785
az

İnsan heyvana necə çevrilir?

23:3631 Mart, 2021
3489
CƏMİYYƏT
  • A

Müqəddəs Quranın nəzərinə görə, keçmiş ümmətlər arasında elə günahkar bəndələr olmuşdur ki, Uca Allah onları heyvana çevirmişdir.

"Və əlbəttə, siz içərinizdən şənbə günü (Allahın əmrindən) çıxanları (və həmin günü balıq tutanları) tanıdınız. Biz onlara dedik: "Meymun və (Bizim dərgahımızdan) qovulmuşlar olun!" (Onların bu cür olmalarını istədik, elə bu cür də oldular).

Beləliklə, Biz o cəzanı (həmin dövrdə) olanlar və sonrakı nəsillər üçün ibrətamiz bir cəza və təqvalılar üçün öyüd-nəsihət etdik". ("Bəqərə" 65-66).

Allah Təala Bəni-İsrayildən olan qövmə ki, Qırmızı dənizin kənarında yaşayırdılar, əmr etmişdir ki, şənbə günü balıq tutmasınlar. Lakin bu insanlar əmrə itaət etmədilər və şənbə günləri də balıq tutmağa başladılar. Əvvəl balıq tutmaq üçün qırmaq atdılar. Ya da şənbə günləri tələləri qurur və başqa günlərdə tələyə düşən balıqları ovlayırdılar.

Bunu özləri üçün kiçik günah hesab edirdilər. Get-gedə daha da arsız oldular və şənbə günü açıq şəkildə balıq ovlamağa başladılar. Bu yolla çoxlu sərvət əldə etdilər. Çünki balıqlar adətən şənbə günlərində suyun üzərinə çıxırdılar. Qalan günlərdə dənizin dibinə çəkilirdilər.

Bəni-İsrayilin bu əmrə itaət etməməsi sayəsində, İlahi əzab onları əhatə etdi. Qurani-Kərim buyurur: "Və onlardan dəniz sahilində yerləşən cəmiyyətin (Mədyən əhalisinin və ya Fələstinin Təbəriyyə dənizinin kənarındakı Əylə şəhərinin əhalisinin) halını soruş: o zaman onlar şənbə günü həddi (balıq ovunun həmin gün haram olması hökmünü) aşırdılar; o zaman onların balıqları şənbə günündə aşkar surətdə suyun üzünə çıxır, şənbə olmayan gündə isə gəlmirdilər. Biz onları itaətsizliklərinin müqabilində belə imtahan edirdik". ("Əraf" 163).

Hədislərin buyurduğuna görə, Allahın əzabı o kəslərə şamil edilir ki, bu işdə günahkarlara yardım etmişdilər. Onlar həlak olurlar. Ancaq Allah günahkarları heyvanlara çevirir və bir müddət bu cür yaşadıqdan sonra onlar da həlak olurlar.

Bu zaman insan ruhu başqa bədənə keçməz, necə ki, bəzi alimlər yanlış olaraq bəyan edirlər. Bu zaman ruh bədəndə qalır, bədən isə özü dəyişikliyə uğrayır. Belə deyildir ki, insan nəfsi heyvan nəfsinə çevrilir, bəlkə ruh olduğu kimi qalır, bədən ya meymuna, ya donuza və başqa heyvanlara çevrilirlər.

Əllamə Təbatəbai buyurur: "Məsx olunan insanlar - o insanlardır ki, bəşər ruhunu qoruyaraq, cisimləri məsx olar. Belə deyildir ki, insan nəfsi də dəyişib heyvan nəfsi olsun".

İmam Əli (ə) buyurur: "Bir gün Peyğəmbərdən (s) o insanlar haqqında sual verdim ki, əvvəl insan olmuş və günahlarına görə heyvana çevrilmişdir.

Həzrət (s) cavabında buyurdu: "Məsx olmuş heyvanların biri - qara qurddur və o birisi - əqrəbdir.

Qara qurd dost və tanışlar arasında söz gəzdirənlər idilər. Söz gəzdirmək yolu ilə ayrılıq salırdılar.

Əqrəb isə pis dilə malik olan kişi idi ki, heç kəs onun dilindən amanda deyildi"".

İmam Sadiq (ə) buyurur: "Əqrəb - eyib axtaran, tənə vuran, söyüş söyən kişi idi ki, Allah onu əqrəb şəklinə salmışdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəfəq Kərimova vəfat etdi
COP29:ilk 3 gün aeroportdan taksiyə minmək olmayacaq
Ötən ay azad olunmuş ərazilərdə nə qədər mina zərərsizləşdirilib?

Qeyri-adi canlı: Erkəkləri bala doğan dənizatları — VİDEO

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Saxta sağlamlıq arayışlarının verilməsinin hansı nəticələri ola bilər?- AÇIQLAMA
Əziz Seyidov təqaüdə göndərildi- Foto