Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51570
az

SON DƏQİQƏ! DİN açıqlama yaydı +VİDEO

20:0029 Mart, 2021
1810
REDAKTORUN SEÇİMİ
  • A

Sosial şəbəkələrdə vətəndaşlarla polis arasında yaşanan gərginliyin əks olunduğu görüntülərlə bağlı araşdırma aparılıb. 

Oxu24.com  xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, vətəndaşa qarşı hər hansı fiziki təzyiq göstərilməyib, iddiallar əsassızdır.  

Qanunsuz əlvan metal daşıdığı üçün Nərimanov rayonu ərazisində Bakı şəhər BPİ DYPİ-nin yol patrul xidmətinin əməkdaşları tərəfindən Vüqar Mahmudovun idarə etdiyi VAZ-21011 markalı avtomobilə "saxla” əmri verilib. Sürücü yol polisinə tabesizlik göstərərək polisin qanuni tələblərindən müxtəlif vasitələrlə yayınmağa çalışıb. Yanında olan azyaşlı övladına ucadan qışqırmağı və yaxınlıqda olan vətəndaşların diqqətini cəlb etməyi tapşırıb.

Tabesizlik göstərən sürücü əraziyə çağırılan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən Nərimanov RPİ 17-ci Polis Şöbəsinə təhvil verilib.

Qeyd olunan hərəkətlərdə polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

6 saat İŞIQ OLMAYACAQ
Rusiyanın bu adası yoxa çıxdı— Alimlər şokda
Bakıda bu tarixdə leysan yağacaq, temperatur 7-10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Qeyri-adi canlı: Erkəkləri bala doğan dənizatları — VİDEO

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Saxta sağlamlıq arayışlarının verilməsinin hansı nəticələri ola bilər?- AÇIQLAMA
Əziz Seyidov təqaüdə göndərildi- Foto