Ukraynanın Donbas vilayətində atəşkəs növbəti dəfə pozulub.
Oxu24.com Ukrayna mediasına istinadən xəbər verir ki, separatçı qüvvələr Şumov kəndi istiqamətində Ukrayna hərbçilərinə hücum edib.
Hücum nəticəsində 4 Ukraynalı hərbçi həlak olub, 2 yaralı var. Separatçıların iri çaplı pulemyotlardan atəş açdığı bildirilir.
Faktı yerli mənbələr təsdiqləyib. Son günlərdə Donbas istiqamətində mütəmadı silahlı insidentlər qeydə alınır.
Artan gərginlik bölgədə total müharibənin olacağına işarə verir. (Qazet.az)
Oxu24.com
ŞƏRHLƏR