Türkiyə Silahlı Qüvvələri "Sülh çeşməsi" antiterror əməliyyatının aparıldığı bölgədə PKK/YPG terror təşkilatının 11 üzvünü zərərsizləşdirib.
Oxu24.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"PKK/YPG terror təşkilatının "Sülh çeşməsi" bölgəsində sülh və təhlükəsizlik mühitini pozmaq cəhdinin qarşısı alındı.
Komandolar Türkiyə Ordusuna hücum etməyə cəhd göstərən 11 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Terror təşkilatının "Sülh çeşməsi" bölgəsindəki barışı və təhlükəsizliyi pozmasına icazə verməmişik və bundan sonra da verməyəcəyik.
Komandolarımız bölgədə hər cür tədbirləri görür", - nazirliyin paylaşımında qeyd edilib.
Oxu24.com
ŞƏRHLƏR