Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50999
az

Ürəyinizin xəstə olduğunu göstərən - 8 ƏLAMƏT

08:0523 Mart, 2021
10616
TİBB
  • A

Bədənimizin ən önəmli orqanı olan ürəyimizin sağlamlığını qorumaq üçün diqqətli olmalıyıq. Son illər əsasən günlük həyatımızla bağlı olan bir sıra ürək xəstəlikləri riski artıb.

Hər hansı problem yarandığı halda ürəyimiz bunu bizə kiçik siqnallarla ötürür. Lakin biz bu siqnallara nə dərəcədə diqqət edir və qarşısını alırıq?

Medicina.az ürəyinizin düzgün işləmədiyini göstərən bəzi əlamətləri təqdim edir:

1.Qollarda ağrı

Ürək xəstəliyinin ən vacib əlamətlərindən biri qola yayılan ağrıdır. Belə hallarda qol ağrısı kişilərdə əsasən sol tərəfdə , qadınlarda isə hər iki qolda özünü göstərə bilər. Bəzən insanlar bunu sinir sistemi ilə əlaqələndirsə də, mütləq ürək müayinə olunmalıdır.

2.Şiddətli öskürək

Bir çox xəstəlik zamanı özünü göstərən şiddətli öskürək zamanı, xüsusilə çəhrayı maye, bəlğəm ifraz olunursa, bu ürək çatışmazlığının işarəsidir.

3.Ayaqlarda şişlər

Heç bir səbəb olmadan bud, ayaqlar və ayaq biləyində şişlik yaranırsa, bu, ürək xəstəlikləri ilə əlaqəli ola bilər. Əgər qan ürəyə yaxşı vəziyyətdə ötürülmürsə, deməli, qan damarlarındakı maye toxumalara sızır. Bu da şişkinliyə səbəb olur. Belə olduqda həkimə müraciət etmək mütləqdir. Xüsusilə corab geyindiyiniz zaman ayaq biləyinizdə izi qalırsa diqqətli olmanızda fayda var.

4.Mədə bulantısı və iştahsızlıq

Qaraciyər ətrafındakı həzmə yardım olan mayelər ürək xəstəlikləri zamanı özünü mədə bulantısı və iştahsızlıqla göstərir. Bu zaman qarın ağrıları müşahidə olunur. Bu narahatlıqları eyni anda keçirirsinizsə dərhal həkimə müraciət edin.

5.Mənfi ruh halı, depressiya

Tədqiqatlar göstərir ki, narahat və mənfi əhval-ruhiyyəli insanların ürək xəstəliklərinə tutulması göstəricisi yüksəkdir. Ümumiyyətlə, pis əhval bir çox xəstəliklərin yaranmasına səbəb ola bilir.

6.Huşunu itirmək

Ürək xəstəliklərinin yaranmasında ən çox görünən simptomlardan biri huşunu itirmədir. Bunun səbəbi ürəyin qanı yaxşı nasoslamaması və damarların tıxanmasıdır.

7.Dəridə göyərmələr, qançırlar

Bu, əsasən qan axınının azalması və ürəyə kifayət qədər yaxşı ötürülməyən qan nəticəsində baş verir. Hətta şok effekti ilə ortaya çıxan bu problem, bədənimizin bəzi yerlərində özünü göstərə bilər. eləcə də laxtalanmadan yarana bilər.
8.Dəri xəstəlikləri

Tədqiqatlar göstərir ki, dəri xəstəlikləri, xüsusilə də ekzema xəstələrinin 48% -də yüksək təzyiq, 29% -də isə yüksək xolesterol var. Bu tip insanlarda başqalarına nisbətən ürək xəstəliklərinin inkişafına 59% daha çox rast gəlinir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu vərdişlər hər 4 nəfərdən 1-ni öldürür - Təcili tədbir görülməlidir!
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Şad xəbər: Ürəklə bağlı bu əməliyyat pulsuz oldu

Yunan adası 50 il sonra su altında qalacaq

18+

İlon Mask cinsi təcavüzdə ittiham olunur
Bakıda məktəbdə dəhşətli anlar: Mühafizəçi məktəblini döydü
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Bu vərdişlər hər 4 nəfərdən 1-ni öldürür - Təcili tədbir görülməlidir!
Əhmədin ifadəsi məlum oldu