Xalq artisti Nazpəri Dostəliyevaya ağır itki üz verib.
Oxu24.com xəbər verir ki, bu gün sənətçinin böyük oğlu Əli Quliyev 41 yaşında vəfat edib.
Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Xalq artistinin iki oğlu var.
Nazpəri Dostəliyeva bir dəfə Nəriman adlı bəylə ailəli olub.
Sonradan bu evliliyə son qoyan müğənninin həmin evlilikdən Əli və Əkbər adlı iki oğlu var.
1980-ci il təvəllüdlü Əli Quliyev bir neçə il öncə sevib seçdiyi Nərmin adlı xanımla ailə həyatı qurub.
Həmin nikahdan onların Tamerlan adlı oğulları var.
Bir vaxtlar müğənnilik edən ikinci oğlu Əkbər isə hazırda bank sektorunda çalışır .
Aynurə Məcidova
Oxu24.com
Oxu24.com
ŞƏRHLƏR