Tayvanda dəhşətli qəza baş verib.
Metbuat.az xəbər verir ki, orduya məxsus iki F-5E döyüş təyyarəsi havada toqquşub. Məlumata görə, Sakit okeanı üzərində baş verən qəzadan bir neçə saniyə əvvəl pilotlar katapult edib. Onlardan biri quruya düşməyi bacarıb.
Digəri itkin düşüb. Bildirilir ki, 4 təyyarə təlim məqsədilə havaya qalxıb. Onlardan 2-si havaya qalxandan bir neçə dəqiqə sonra naməlum səbəbdən bir-birilə toqquşub.
Təyyarələrin qalıqlarının bir hissəsi quruya səpələnib.
Hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, bir müddət əvvəl Tayvan ordusuna məxsus F-5E təyyarəsi və hərbi helikopter qəzaya uğramışdı.
ŞƏRHLƏR