Xırdalan sakinindən qanunsuz silah-sursat götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakini C. Məmmədovdan nömrəsi silinmiş “AKM” markalı avtomat, 2 ədəd patron darağı, 43 ədəd müxtəlif çaplı patron və 1 ədəd giliz götürülüb.
Oxu24.com
ŞƏRHLƏR