"Azərbaycan hökuməti qiymət artımı məsələni daim nəzarətdə saxlayır".
Oxu24.com Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
Ə. Əsədov bildirib ki, öz imkanlarından istifadə edərək bu məsələ ciddi məşğul olacaq: "Antiinhisar komitəsi tərəfindən gündəlik monitorinqlər aparılır. Bir çox halda bizlərdən asılı olmayan məsələlər də var. Bizim ticarət partnyorumuz olan ölkələrdə də qiymətlərin artımı gedir. Ancaq bu istiqamətdə tədbirlər görüləcək. Qiymət artımını yanacağın qiymətlərinin artırılması ilə əlaqələndirilənlər var. Bu var. Amma hökumət tərəfindən kifayət qədər subsidiyalar verilib".
Oxu24.com
ŞƏRHLƏR