Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 11:00 radələrində Göyçay şəhər sakini Orxan Maqsudova məxsus yeni tikilmiş 3 mərtəbəli sahibkarlıq obyektində baş verib. Həmin obyektdə usta işləyən, rayon sakini, 1989-cu il təvəllüdlü Sadıq Fətullayev binanın fasadını təmir edərkən əlindəki dəmir əşya yaxınlıqdan elektrik naqillərinə dəyib. Nəticədə onu cərəyan vurub. Təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılan usta yolda dünyasını dəyişib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR