Hədə qorxu ilə tələb etməkdə təqsirləndirilərək həbs edilən videobloger Ata Abdullayevi ağır cəza gözləyir.
OvXU24.COM xəbər verir ki, bu barədə Trend-ə Vəkillər Kollegiyasının İdarə Heyətinin üzvü, hüquqşunas Vüqar Babayev deyib.
O bildirib ki, A.Abdullayevə veriləcək cəza ibtidai istintaqın nəticəsindən asılıdır:
"İlkin olaraq A.Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci ( Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsilə təqsirləndirilir. Əgər o təkcə bu maddə ilə təqsirləndirilərsə, A.Abdullayev 5 ildən 10 ilədək azadlıqdan məhrum edilə bilər. Bundan başqa, həmin maddə ilə cinayəti sübuta yetirilərsə A.Abdullayevin əmlakı da müsadirə edilə bilər. Amma ibtidai istintaqda əlavə faktlar da ortaya çıxarsa, onu daha ağır cəza gözləyir. Əgər ibtidai istintaq dövründə onun külli miqdarda əmlak əldə etməklə hədə-qorxu ilə tələb etmə faktı aşkarlanarsa, bu halda A.Abdullayevi əmlakı müsadirə edilməklə 10 ildən 15 ilədək cəza gözləyir. Bu istintaqın gedişatından asılıdır".
Xatırladaq ki, videobloger A.Abdullayev Bakıda vətəndaşlardan hədə-qorxu ilə pul tləb edərkən saxlanılıb. Səbail rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Oxu24.com
ŞƏRHLƏR