Məsumlarımızın (ə) həyat tərzi və sünnətləri hər birimiz üçün örnək və nümunədir. Bundan əlavə, Məsumlarımız (ə) bizə cismimizi və ruhumuzu necə sağlam saxlaya biləcəyimizlə bağlı çoxlu tövsiyələr vermişdilər. Bu tövsiyələrə əməl etsək, həkimə müraciət etməkdən ehtiyacsız olarıq.
İmam Əli (ə) oğlu İmam Həsənə (ə) buyurur: “Oğlum! Sənə dörd şey öyrədimmi ki, ona riayət etməklə həkimə ehtiyacsız qalarsan?”.
Ərz edir: “Bəli”.
İmam (ə) buyurur: “Acmayanadək yemək yemə, iştahan olan halda (doymamış) yeməkdən əl çək, yeməyi yaxşı çeynə, yatmazdan əvvəl hacətini yerinə yetir. (Yəni, ayaqyoluna get). Əgər bu nöqtələrə riayət etsən, təbibə müraciət etməkdən ehtiyacsız olarsan”.
İmam Rza (ə) buyurur: “İki dəstə həmişə xəstədirlər: sağlam insan ki, pəhriz edir və xəstə ki, pəhriz etmir”.
İmam Sadiq (ə) buyurur: “Hər bir şəhərin insanları üç şeyə möhtacdırlar ki, dünya və axirət işlərində ona müraciət etsinlər. Əgər o üçünə malik olmasalar, cəhalətə giriftar olarlar: təqvalı bilikli dinşünas, insanların itaət etdiyi yaxşı hakim, etimad olunan bəsirətli həkim”. (Beytutə saytı)
İmam Rza (ə) buyurur: “Allah Təala heç bir içəcəyi və yeyəcəyi halal etməmişdir, məgər o şey ki, onda mənfəət və fayda olsun. Heç bir içəcəyi və yeyəcəyi haram etməmişdir, məgər o şey ki, onda ziyan, ölüm, fəsad olsun”.
Həzrət Peyğəmbər (s) buyurur: “O zamana qədər ki, bədənin ağrıya dözür, dərman içməkdən çəkin. O zaman ki, ağrıya dözə bilmədin, onda dərmandan istifadə et”.
İmam Rza (ə) buyurur: “Hər kim mədəsinin ona əziyyət verməsini istəmirsə, yemək arasında su içməsin”.
İmam Sadiq (ə) buyurur: “O zaman ki, mədən yeməklə dolu olar, hamama daxil olma”.
/Deyerler.org/
Oxu24.com
ŞƏRHLƏR