Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50621
az

"Qafqazın Xirosiması, kabus şəhər": BCI-nin Ağdamdan reportajı - VİDEO

22:2015 Mart, 2021
902
CƏMİYYƏT
  • A

"BCI" beynəlxalq media portalının əməkdaşı Ağdam rayonu ilə bağlı yunan dilində videomaterial hazırlayıb.

Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, videomaterialda Ağdamı "Qafqazın Xirosiması" adlandıran müəllif bildirir ki, rayon təxminən 30 ildən sonra erməni təcavüzündən azad edilib.

Vurğulanır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əvvəl Qarabağın incisi sayılan Ağdam bölgənin ticarət mərkəzi olub, burada üzümçülük və şərabçılıq geniş inkişaf edib. İşğal nəticəsində rayonun əhalisi doğma torpaqlarından didərgin salınıb, rayon isə darmadağın edilib. Müəllif hazırkı Ağdamı infrastrukturu, mədəni irsi olmayan "kabus şəhər" adlandırır. Diqqətə çatdırılır ki, buradakı bütün muzeylər, tarixi abidələr, xəstəxanalar, məktəblər, ictimai binalar və evlər məhv edilib, avtomobil və dəmir yolları dağıdılıb. Ağdam şəhərində yalnız məscid qalıb.

Müəllif qeyd edir ki, rayonun bərpası üçün müəyyən vaxt lazım olacaq. Lakin bərpa işlərindən əvvəl bölgəni minalardan zərərsizləşdirmək lazımdır. Bildirilir ki, artıq bu işlər həyata keçirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş oldu - Fotolar
Yollarda təhlükə yaradan velosipedçiləri hansı cərimə gözləyir? - RƏSMİ AÇIQLAMA
Bakıda COP29 çərçivəsində hansı tədbirlər keçiriləcək?

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı