Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50597
az

SON DƏQİQƏ! Azərbaycanlıların Qarabağa qayıdışında mühüm mərhələ başladı

20:1315 Mart, 2021
4402
ÖZƏL BÖLÜM
  • A

İşğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədi ilə ADA Universitetində yaradılmış Tədqiqat qrupu dövlət sifarişi əsasında apardığı araşdırmanın ikinci mərhələsinə başlayıb.

ADA Universitetindən Oxu24.com-a  verilən məlumata görə, “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili” adlı tədqiqatın mart ayının 9-da başlamış hazırkı mərhələsində məcburi köçkünlərlə müsahibə-sorğular keçirilir.

Üzbəüz sorğuların əsas məqsədi məcburi köçkünlərin qayıdışla bağlı niyyət, istək və təkliflərini dərindən öyrənmək, repatriasiyanın ümumi potensialını və mərhələlər üzrə “sıxlığını” qiymətləndirməkdir.

Müsahibə-sorğu qarışıq üsulla - statistik məlumatların təhlili və təsadüfi seçim əsasında müəyyənləşdirilən və əksəriyyəti ailə başçılarından ibarət olan 1100 məcburi köçkün arasında keçirilir. Reprezentativlik bütün mümkün parametrlər üzrə təmin edilir.

Müsahibəçilər (sorğu aparanlar) ölkənin müxtəlif elm və təhsil müəssisələrini təmsil edən yüksək hazırlıqlı gənc mütəxəssislərdir. İşə başlamazdan əvvəl onlar üçün xüsusi təlimlər təşkil olunub, təlimlərin sonunda hər bir müsahibəçi test sınağından keçib.

Tədqiqat qrupu bir daha bildirir ki, sorğuda iştirak edən məcburi köçkünlər haqqında şəxsi məlumatlar qapalı saxlanılır və yalnız repatriasiyanın səmərəli təşkili üzrə dövlət orqanları üçün nəzərdə tutulan analitik sənədlərin hazırlanması üçün istifadə ediləcək.

Bununla yanaşı, ümumi tədqiqat çərçivəsində məcburi köçkünlər arasında fevral ayının 22-dən etibarən internet üzərindən keçirilən onlayn-sorğu da uğurla davam etməkdədir. Onlayn-sorğuda iştirak etmək üçün //sorgu.ada.edu.az saytına daxil olmaq lazımdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi" - FOTO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
SON DƏQİQƏ! Azərbaycanda yeni qərarlar qəbul edildi

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM