Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50578
az

Azərbaycanda karantin rejimi sərtləşdirilir? – “Aprelin 1-dək...”

14:0415 Mart, 2021
1559
CƏMİYYƏT
  • A

Azərbaycanda karantin rejimi sərtləşdirilir? – “Aprelin 1-dək...”
Son günlər ölkədə karantin rejiminin yenidən sərtləşdiriləcəyi, qapanmaların olacağı ilə bağlı müxtəlif məlumatlar yayılır. Bunu koronavirusa gündəlik yoluxma hallarında artımın olması və qarşıdan gələn Novruz bayramı günləri ilə əlaqələndirirlər.
 
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələ ilə bağlı bildirib ki, karantin rejimi ilə bağlı sərtləşmə və ya yumşalmaların olacağı barədə qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir.
 
"Ölkədəki vəziyyətlə bağlı ən dolğun məlumatlar onlardadır. Mən müşahidəçi və vətəndaş olaraq subyektiv fikrimi söyləyə bilərəm. Yaxşı olar ki, aprelin 1-ə qədər bu rejimdə qalaq. Yəni yenidən karantin rejiminin sərtləşdirilməsinə gedilməsin. İnsanlarımız psixoloji gərginlik keçirir, həm də iqtisadiyyatı düşünməliyik. Təklif edirəm ki, bayram günlərini bu qaydada keçirək. Aprelin 1-dən isə yumşalmalara gedilə bilər".
 
Komitə sədri hesab edir ki, indidən karantin rejiminin yumşaldılması tezdir: "Vaksinasiya tədbirləri davam edir. Səhiyyə işçisi olaraq insanlarımıza çağırış edirəm ki, peyvənd olunsunlar. Bu bəladan, çətinlikdən qurtulmaq üçün yeganə çıxış yolumuz budur. Əhalinin bir hissəsi vaksinasiya olunub, bir hissəsi olunmadıqda peyvəndin əhəmiyyəti, effekti də aşağı düşəcək. Aprelin 1-ə qədər vaksinasiya olunanların sayı bir qədər artar və yumşalmalara keçə bilərik".
 
M.Quliyev, eyni zamanda Novruz bayramı ilə əlaqədar vətəndaşlara çağırış edib.
 
"Bayram günləri ilə bağlı bütün vətəndaşlarımıza çağırış edirəm ki, karantin rejimini qorusunlar. Qəbir üstünə getmək, bayramlaşmaq kimi adətləri növbəti ilə saxlayaq, koronavirus bitsin, sonra edərik".
 
Azvision

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş oldu - Fotolar
Yollarda təhlükə yaradan velosipedçiləri hansı cərimə gözləyir? - RƏSMİ AÇIQLAMA
Bakıda COP29 çərçivəsində hansı tədbirlər keçiriləcək?

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı