Goranboy sakini şirniyyat məhsulundan zəhərlənib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında Veyisli kəndində baş verib.
1974-cü il təvəllüdlü kənd sakini Həsənova Sevda Murad qızı qida zəhərlənməsi səbəbilə xəstəxanaya çatdırılıb.
Məlumata görə, o, qidalandığı zaman həm də dükandan aldığı şirniyyat məhsulları yeyib və bundan sonra halı pisləşib.
Oxu24.com
ŞƏRHLƏR