Bakının Nizami rayonunda ailə-məişət zəminində bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Keşlə qəsəbəsində qeydə alınıb.
1980-ci il təvəllüdlü Sadıqov Zaur Əlövsət oğlu həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı qadın onun sol buduna bir neçə bıçaq zərbəsi vurub.
Z.Sadıqov yaralı halda xəstəxanaya çatdırılıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR