Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50506
az

PUA-larla bağlı GİZLİ BİLGİ: düşmənin əlinə keçən anda...

23:5213 Mart, 2021
4188
  • A

Son dövrlərdə coğrafiyaların taleyini dəyişdirən pilotsuz uçuş aparatlarının (PUA) casusluq və ya kopyalanmaq niyyətilə istifadəsinə qarşı necə qorunduqları maraq dairəsindədir.

Bəzən texniki səbəblərdən, bəzənsə vurularaq qəzaya uğrayan PUA-ların kritik bilgiləri düşmən ünsürlərin əlinə keçə bilərmi?

Oxu24.com xəbər verir ki, bu və bu kimi əhəmiyyətli sualları Türkiyə Dəniz Hərbi İnstitutunun müəllimi Ayhan Sunar cavablayıb.

İşin əsasında insan var

A.Sunar digər ünsürlərə toxunmadan əvvəlcə insan faktorunun üzərində dayanmalı olduğumuzu bildirib: “Firmalar pul-güc-iqtidar asılılığı kimi fərdi zəifliklərə qarşı oyaq olmalı, xətaların müəyyənləşdirildiyi anda şans tanımamalıdır. Varlığı sadəcə ticarət mənfəətləri ilə məhdudlaşmayan baxış bucağı çox əhəmiyyətlidir. Kəşfiyyat və ona qarşı mübarizə bilgisi olan firmalara ehtiyac var”.

Qəzaya uğrayan PUA-nın bütün bilgiləri düşmənin əlinə keçə bilərmi?

A.Sunar bu suala cavabında qeyd edib ki, əks mühəndislik mümkün ola bilər. Ancaq sistem və vəziyyətdən çox şey asılıdır. Bu, uzun müddət tələb edir. Düşmən tərəfinə düşən və böyük zərər görməyən PUA-ların dizayn və istehsal texnologiyasının analiz edilməsi ilə qabiliyyətləri haqqında ümumi fikir sahibi oluna bilər. Lakin bu, avadanlıqla məhdudlaşır. Əsas proqram təminatı qəza anında özünü sıfırlayır və düşmənin əlinə keçmir. Qəzaya uğrayıb ələ keçirilən sistemlər aysberqin görünən tərəfidir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

50 yaşdan yuxarı qadınlar üçün səhər yeməyi
General Mirzə Mirzəyev həbs edildi
Bəzi yollar 7 günlük BAĞLANIR: 30-dan çox marşrutun...

Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma

18+

Azyaşlıya təcavüz edən şəxs həbs edilib
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
Ödəmə terminalından oğurluq etmək istədi