Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50469
az

Kananyan ŞOK DETALLARI AÇIQLADI: Azərbaycan iki il ərzində Xankəndidə... 

11:2113 Mart, 2021
2985
ÖZƏL BÖLÜM
  • A

İki il ərzində Qarabağda tam nəzarət Azərbaycanın əlinə keçəcək.

Oxu24.com  xəbər verir ki, bu barədə erməni politoloq Aleksandr Kananyan deyib.

Onun sözlərinə görə, Ermənistan Qarabağla əlaqəsinin qalacağını güman edirdi: “Lakin görürük ki, bu əlaqə tədricən kəsilir. İki il ərzində Qarabağın elektrik enerjisi, qaz təchizatı və digər ehtiyaclar Azərbaycan tərəfindən təmin ediləcək.

Bir neçə yüz ailəyə Rusiyada yaşamaq hüququ veriləcək, qalanlarına Azərbaycan pasportu təklif ediləcək. Nəticədə çox kiçik hissə bununla razılaşacaq, digərləri Ermənistana gedəcək və bizim vətəndaş olmağı seçəcəklər. Rusiyanın Qarabağda sülhməramlı qismində olması isə Moskvaya “zəmanət” üçün lazımdır ki, türk-rus razılaşmaları həyata keçirilsin”.

A.Kananyan Zəngəzur dəhlizindən də bəhs edib.

“Dəhliz Ermənistan ərazisi kimi qalacaq, lakin burada həyata keçiriləcək daşımalara görə bizə heç bir vergi verilməyəcək. Türkiyə və Azərbaycan bu dəhlizdən hətta hərbi texnika belə daşıyacaqlar, lakin razılaşmaya görə, Ermənistan heç bir mexanizmlə buna müdaxilə edə bilməyəcək”, - o deyib.

Qeyd edək ki, Xankəndiyə elektrik enerjisinin Şuşadakı yarımstansiyadan veriləcəyi haqda məlumatlar var.(Publika)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29-un Liderlər Sammitində ailə fotosu çəkdirilib
Kasıblar ən çox bu ölkələrdə yaşayır - ŞOK RƏQƏMLƏR
İbadət Məhərəmovun “xəstə balaları”nın işini Hərbi Pokurorluq araşdıracaq

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü