Biləsuvarda mikroavtobus aşıb, ölən var.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib.
Mikroavtobus idarəetmədən çıxaraq aşıb. İlkin məlumata görə, nəqliyyat vasitəsinin içində olan şəxslərdən 1 nəfər ölüb, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR